AMEA-nın Geologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 25 , 2013 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3067 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.AMEA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat 


 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.

AMEA-dan bildirmişlər ki, tədbirdə institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat vermiş, yeni yaradılacaq şuranın əhəmiyyəti, məqsəd və vəzifələrindən söz açmışdır. 

Tədbirdə Gənc Alimlər Şurasının 2013-cü il fəaliyyəti ilə əlaqədar hesabatla çıxış edən geologiya-minerologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov şuranın gördüyü işlərdən danışmışdır.

Sonra yeni təsis olunan Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər. 

Tərkibi 14 nəfərdən ibarət olan şuranın sədri geologiya-minerologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, sədr müavinləri riyaziyyat üzrə fəlsəfə doktoru Alı Əliyev və Arif Hüseynov seçilmişlər.

D.Hüseynov Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması münasibətilə şura üzvlərini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.