Noy 21 , 2013 | 01:00 / Mühüm hadisələr
AMEA akad. Ə.Hüseynov adına Kibernetika İnstitutundaGənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
Tədbiri açıq elan edən institutun direktoru akademik Telman Əliyev yeni təşkil olunacaq şuranın gənc alimlərin inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, institut gənclərinin uğurlarından danışdı. T.Əliyev institutun gənc kadrlarının fəaliyyəti, uğurları, konfranslarda, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakı barədə məlumat verdi.
Tədbirdə iştirak edən institutun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoruİlqar Məmmədov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Samir Rüstəmov direktor müavini texnika elmləri doktoru, professor Oqtay Nüsrətov və başqaları gəncləri elmə həvəsləndirilməsi, onların sosial və digər problemlərinin həlli üçün əlverişli şərait yaradılmasının önəmliyini vurğuladılar.
Sonra idarə heyətinin tərkibi 55 nəfərdən ibarət olmaqla institutun Gənc alim və mütəxəssislər şurasına sədr, katib və üzvlərin seçilməsi üçün namizədlərin adları səsləndirildi. Yeni yaradılmış şuraya səsvermə yolu ilə Samir Rüstəmov sədr, böyük elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru Məstəliyev Rəşad və elmi işçiHüseynova Aygün sədr müavinləri, kiçik elmi işçi Quliyeva Rəna katibi seçildilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.