AMEA-nın Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 16 , 2013 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3322 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir. 

AMEA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə institutun direktoru, akademik Məmməd Salmanov institutun gənc kadrlarının fəaliyyəti, uğurları, konfranslarda, müxtəlif yerli və beynəlxalq proqramlarda iştirakı barədə məlumat vermişdir. 

Sonra institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər. 

Tərkibi 7 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Qarayusifova, sədr müavini Vüsalə Xəlilova , katibi Gülnarə Həsənova seçilmişlər. 

AMEA Rəyasət Heyətinin iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov gəncləri təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.