AMEA Mərdəkan Dendrarisində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
Noy 25 , 2013 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2558 )

AMEA Mərdəkan Dendrarisində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak edirdilər.

Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov dendraridə yaradılacaq yeni şura haqqında məlumat verdi. 

AMEA Rəyasət Heyətinin Gənc alim və mütəxəssislər şurasının yaradılması haqqında 17 oktyabr 2013-cü il tarixli qərarını xatırladan alim şuranın məqsəd və vəzifələrindən danışdı, gənclərin elmə cəlb olunması istiqamətində görülən işlərdən söz açdı. Bildirdi ki, Azərbaycan elminin gələcək inkişafı gənc kadrların potensialından asılıdır. T.Məmmədov şura üzvlərinin maraqlı layihələr və yeni fikirlər irəli sürərək dünyanın nüfuzlu universitetləri, elmi-tədqiqat müəssisələri ilə sıx elmi əməkdaşlıq əlaqələri yaradacağına, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant layihələrində yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

Son zamanlar AMEA-da bir çox elmi islahatların aparıldığını söyləyən institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zümrüd Məmmədovaşuranın yaradılmasını gənc alim və mütəxəssislərə olan diqqətin nəticəsi kimi qiymətləndirdi. Qeyd etdi ki, biliklər cəmiyyətinin qurulması Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında müasir Azərbaycanın strateji inkişaf xətti olaraq müəyyənləşdirilmişdir. O, gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı üçün lazımi şəraitin yaradıldığını vurğuladı. 

Sonra səsvermə yolu yeni təsis olunan şuranın üzvləri seçildi. Tərkibi 14 nəfərdən ibarət olan şuranın sədri “Bitki ekologiyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov, sədr müavini “Dendroxronologiya” labotaroriyasının böyük elmi işçisi Samirə Bağırova, katibFəxridəxanım Rüstəmova seçildilər.

Yeni sədr Z.Məmmədov şura üzvlərini təbrik etdi, seçilən tərkibin etimadı doğruldacağına və Azərbaycan elminin inkişafına öz töhvəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.