AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi
Noy 14 , 2013 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3434 )

AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

İclası giriş sözü ilə açan AMEA Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İ. Ələkbərov son illərdə dövlət səviyyəsində gənclərə xüsusi diqqətin ayrıldığını, bütün fəaliyyət sahələrində onlara dəstək verildiyini vurğuladı. Həmçinin İnstitutun 30 %-nin gənclərdən ibarət olduğunu qeyd edən İlham Ələkbərov, son bir neçə ildə gənclərin elmi fəallıqlarının artdığını, onların iştirak etdiyi konfranslar, treninqlər, təcrübəkeçmələr və qrant lahiyələri haqqında ətraflı məlumat verdi.

Səsvermə nəticəsində tərkibi 13 nəfərdən ibarət olmaqla, b.ü.f.d. S.Bünyatova Gənc Alim və mütəxəssislər Şurasına sədr, b.ü.f.d. F.Rzayev isə sədr müavini seçildi. Sonda çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Z. Məmmədov gənclərin elmi fəaliyyətlərində uğurlar arzu etdi.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.