AMEA-nın Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 19 , 2013 | 08:44 / Mühüm hadisələr
Oxunma ( 3396 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir. 

Akademiyadan bildirmişlər ki, institutun direktor əvəzi, professor Fəxrəddin Veysəlli gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd etmişdir. 

Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər. 

İdarə heyətinin tərkibi 4 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, müavinləri filologiya üzrə fəlsəfə doktorları Cahid İsmayılov və Nəzakət Qazıyeva, katibi filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov seçilmişlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.