AMEA Şəki Regional Elmi Mərkəzində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib
Dek 03 , 2013 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2682 )
Tədbiri giriş nitqi ilə açan mərkəzin direktoru, professor Zəkəriyyə Əlizadə yeni təşkil olunacaq şuranın gənc alimlərin inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Tədbirdə çıxış edən ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, elmi katib, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov və başqaları gənclərin elmə həvəsləndirilməsi, onların sosial və digər poroblemlərinin həlli üçün əlverişli şərait yaradılmasının önəmliyini vurğuladılar, şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacağını bildirdilər. Sonra iclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.
    Tərkibi 17 nəfərdən ibarət olmaqla kiçik elmi işçi Rahim Həsənov Şuranın sədri, elmi işçi Vüqar Nəsrullayev və kiçik elmi işçi Aqil Mustafayev sədr müavinləri, Sevinc Hüseynova isə katib seçildilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.