AMEA Eroziya və Suvarma İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi
Noy 07 , 2013 | 09:02 / Mühüm hadisələr
Oxunma ( 3567 )

AMEA Eroziya və Suvarma İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

İnstitut əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA Eroziya və Suvarma İnstitutunun direktoru, k.t.ü.f.d. Seymur Səfərli rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat verdi. Mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə institut əməkdaşlarının, xüsusilə gənc kadrların iştirakından söz açan institut direktoru Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək məqsədilə beynəlxalq əlaqələrin inkişafının zəruriliyini vurğuladı.

S.Səfərli bildirdi ki, son 10 ay ərzində institutun 2 əməkdaşı Polşa XİN-in maliyə dəstəyi ilə xaricdə elmi-praktiki təcrübə keçmək üçün ezamiyyətə göndərilmişdir.

Sonra iclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

Tərkibi 25 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.t.ü.f.d. İzzət Talıbov, k.t.ü.f.doktorları İ.Salmanov və F.Səlimov isə sədr müavinləri seçildilər.

Sonda S.Səfərli yeni seçilmiş namizədləri təbrik etdi, institutun elmi fəaliyyətində onların iştrakının önəmliliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.