Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilmişdir
Noy 07 , 2013 | 09:07 / Mühüm hadisələr
Oxunma ( 3330 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.

Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Məhərrəm Babayev gənclərin elmdə qazandığı nailiyyətlərdən danışmışdır.

Direktor Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini bildirmiş, dövlətimiz tərəfindən gənc alim və tədqiqatçılara diqqət və qayğının göstərildiyini xüsusilə vurğulamışdır.

Tədbirdə AMEA Rəyasət Heyətinin 2013-cü il oktyabrın 17-də keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasının əhəmiyyəti vurğulanmış, institutun alimlərinin beynəlxalq tədbirlərdəki iştirakından söhbət açılmışdır.

Nüsrət Siracov tərkibi 15 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nigar Mustafayeva isə katib seçilmişdir.

Sonda institutun direktoru Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması münasibətilə iştirakçıları təbrik etmiş, onlara elmi fəaliyyətlərində uğurlar arzulamışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.