Fotos
AMEA Gənc Alim və Mütəxəsisslər Şurası regionlarda təhsil alan tələbə və magistrlar arasında elmin təbliği-təşviqi layihəsinə start veriblər
May 05 , 2014 | 08:17 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2946 )

Gənc Alim və Mütəxəssislər Şurası “Ən son elmi naliyyətlərimiz “ adı altında müxtəlif elmi istiqamətlər üzrə seminarlar təşkil etməklə, elmin təbliği kompaniyasına start verib. İlk tədbir Gəncə Dövlət Universitetinin bakalavr və magistrları üçün keçirilib.

YAP Gəncə şəhər Təşkilatında təşkil keçirilən görüşdə gənc alimlər AMEA-nın yeni rəhbərliyinin Azərbaycanda elmlə təhsilin vəhdətinin gücləndirilməsi, müasir elmi təfəkkürlü gənc mütəxəssislərin yetişdirilməsi, elmin sərhədlərinin mərkəzdən regionlara doğru genişləndirilməsi və s. istiqamətlər üzrə apardığı elmi siyasət haqqında seminar iştirakçılarına geniş məlumatlar veriblər.

Gedişatda yuxarı kurs tələbə və magistrların AMEA-nın müvafiq institutlarında təcrübə keçməyə cəlb olunması, onların buraxılış və magistr işlərinin həmin müəssisələrdə yerinə yetirilməsi prespektivlərinə toxunulub. Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev, texnika üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva, kimya üzrə fəlsəfə doktorları Faiq Məmmədov və Sevil Maşayeva təmsil etdikləri elmi tədqiqat müəssisələrinin son elmi naliyyətləri haqda danışıblar.

Bildirilib ki, son elmi naliyyətlərin əldə olunmasında gənc alimlərin rolu danılmazdır. Seminar mövzu ətrafında geniş müzakirələrlə davam edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.