Fotos
Elmin İnkişafı Fondu “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin nəticələrini açıqlayacaq
May 12 , 2015 | 04:25 / Mühüm hadisələr
Oxunma ( 3123 )

Mayın 14-də saat 11:00-da “Hilton-Baku” hotelinin “Yaqut” zalındaAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun2014-cü ildə elan edərək keçirdiyi “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat mərasimi keçiriləcək.

“Universitet qrantı” məqsədli müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

“Sənaye qrantı” məqsədli müsabiqəsi isə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” bölməsinin “Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi” maddəsinə uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyələşdirilməsi məqsədi ilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.