Fotos
Qafqaz Universitetində 8-ci İnformatika Layihə Olimpiadasının final mərhələsi keçirilib
May 15 , 2015 | 01:53 / Mühüm hadisələr
Oxunma ( 3272 )

Qafqaz Universitetində 8-ci İnformatika Layihə Olimpiadasının final mərhələsi keçirilib. Olimpiada Rabitə ve Yuksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, AMEA-nın İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İnstitutları ilə birgə təşkil olunub. Universitetin rektoru Ahmet Sanıç deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet məsələlərindən biri olan təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi məsələsində bu cür layihə olimpiadalarının keçirilməsinin çox böyük əhəmiyyəti var. Çıxışlara qeyd olunub ki, olimpiadanın əsas məqsədi informatikaya həvəsi gəncləri bir araya yığıb onların maraq dairələrini genişləndirməkdir. Finala vəsiqə qazanan iştirakçılar stendləri ilə bərabər müxtəlif nominasiyalarda - qısa film, animasiya, veb səhifə, proqramlaşdırma, robot layihələrini təqdim ediblər. Olimpiadaya 181 layihə təqdim olunub. Qeyd edək ki, “Qısa film” kateqoriyasında 9, “Veb səhifəsi”-də 7, “Proqramçılıq”-da 4, “Animasiya”-da 7, “Robot və elektronika” kateqoriyasında isə 13 layihə finala vəsiqə qazanıb. Bu ildən ilk dəfə olaraq təşkilat komitəsi Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Ağdaş, Şirvan və Quba şəhərlərində də olimpiada mərkəzlərini yaradır. Bu mərkəzlərdə müəllimlər üçün “layihə olimpiadası komandalarını hazırlama metodikası” təlimləri təşkil edilir. Sonda qaliblər mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.