AMEA-da bir sıra kadr dəyişiklikləri olub
May 20 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 3240 )

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib. Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azər Cəfərov AMEA Mərkəzi Elmi  Kitabxanasının ümumi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.

 Texnika üzrə fəlsəfə doktoru İltifat Kərimov isə Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

 AMEA Fizika-riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib. AMEA-nın müxbir üzvü Vaqif Quliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

 Filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib. Filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Rəyasət Heyətinin iclasında Baba Əliyevin AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunması təsdiqlənib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.