Fotos
Beynəlxalq Xəzər neft və qaz sərgisində AMEA elmi nailiyətləri nümayiş olunacaq
May 26 , 2015 | 04:00 /
Oxunma ( 2588 )

2-5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXII Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransa hazırlıqla bağlı yekun iclas keçirilib.

AMEA Rəyasət Heyətində keçirilən iclasda Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoruNuridə Quliyeva, akademiyanın institut və təşkilatlarının Gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

Nuridə Quliyeva tədbirdə nəzərdə tutulmuş məkanlarda müəssisələrin yerləşmə ardıcıllığını özündə əks etdirən iştirak eskizini təqdim edib. Qeyd olunub ki, sərgidə  AMEA-nın Geologiya və Geofizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-Üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya, Tarix, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika institutları, o cümlədən Təcrübə-Sənaye Zavodu və Respublika Seysmoloji Xidmət Mərkəzi təmsil olunacaq.

İclasda institut və təşkilatların neft-qaz sərgisində nümayiş etdirəcəyi məhsullar barədə məlumat verilib. Bu məqsədlə mayın son günlərində Bakı Ekspo Mərkəzində görüş təşkil ediləcəyi qərara alınıb. 

Bildirilib ki, iyunun 4-də "Marriott Hotel"də baş tutacaq konfransda ilk dəfə olaraq azərbaycanlı alimlər məruzələrlə çıxış edəcək. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin "Xəzər dənizində qaz hidratları" və İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin "Gücdən düşmüş mədənlərin neft-qaz çıxarma obyektlərinin rentabelliyini yaxşılaşdıran intellektual "robast noise" nəzarət diaqnostika idarəetmə texnologiyaları və sistemləri" mövzusunda məruzələri dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.