Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda gənc tədqiqatçıların növbəti elmi seminarı keçirilib
May 29 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 5332 )

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin elmi seminarı baş tutub. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə keçən seminarda, ilk əvvəl “Geoloji mühitin qamma-spektrometriyası” şöbəsinin elmi işçisi, dissertant Əzizə Əliyeva “Abşeron yarımadasının müasir radioekoloji vəziyyəti”nə dair məruzə ilə çıxış edib. Gənc araşdırmaçı tədqiqat obyektinə dair apardığı elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumat verərək qeyd etmişdir ki, yarımada üçün əsas riskli zonalar neft-qaz yataqlarının yerləşdiyi ərazilərdir.

Seminarın növbəti məruzəçisi “Hidrogeologiya və mühəndisi geologiya” şöbəsinin böyük laborantı, magistrant Həmid Alayarov “Oğuz-Qəbələ suqəbuledicisinin istismarının regionun geoekoloji vəziyyətinə təsirinin qiymətləndirilməsi” mövzusunda çıxış edərək bildirmişdir ki, tədqiqat işinin məqsədi yeralti suların istismarı müddətində ərazidə baş verə biləcək negativ halların öyrənilməsi ve geoekoloji şəraitin proqnozlaşdırılması olmuşdur. Bununla əlaqədar, tədqiqat obyekti üzrə mütəmadi monitorinqlər təşkil olunmuş, toplanmış böyük həcmdə məlumatlar təhlil olunmuş və elmi əsaslarla ümumi geoekoloji durum qiymətləndirilmişdir.

Aktual məsələləri ehtiva edən məruzələrlə bağlı suallar məruzəçilər tərəfindən cavablandırılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.gov.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.