Fotos
Gənc geoloqlar 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd ediblər
İyn 01 , 2015 | 01:00 /
Oxunma ( 2475 )

Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunmuş tədbirdə 100-ə yaxın azyaşlı və məktəbli uşaq iştirak edib. Şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov institutun balaca qonaqlarını salamlayıb və onlara sağlam, intellektual gələcək arzulayıb.

Sonra sehirbaz və klounların təqdimatında hazırlanmış musiqili-əyləncəli proqramlar nümayiş etdirilib. Hədiyyələr və xatirə şəkilləri ilə tamamlanan tədbir institutun balaca qonaqlarına unudulmaz gün bəxş edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.