Fotos
Gənc alim Finlandiyada Yay Məktəbində və Beynəlxalq Konfransda iştirak edib
İyn 05 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 5034 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il may ayının 18-dən 22-nə kimi Finlandiyanın Helsinki şəhərindəki Helsinki Universitetində təşkil olunmuş “Tərs Məsələlər üzrə Yay Məktəbi”ndə (www.aip2015.fips.fi/summer_school.php) iştirak etmişdir.

Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 64 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 4 mini-kurs və əlavə olaraq 2 icmal mühazirə təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Martin de Hup (Perdu Universiteti, ABŞ - Purdue University), Tanya Tarvanen (Şərqi Finlandiya Universiteti, Finlandiya - University of Eastern Finland), prof. Erik Bonneti (Qrenobl-Alp Universiteti, Fransa - Université de Grenoble-Alpes), prof. Qabriel Paternan (Kembric Universiteti, Böyük Britaniya - University of Cambridge). Bundan əlavə prof. Qunter Uhlman (Vaşinqton Universiteti, ABŞ - University of Washington), prof. Samuli Siltanen (Helsinki Universiteti, Finlandiya - University of Helsinki) icmal mühazirələrində bu sahənin müasir məsələlərindən və gələcək perspektivləri haqqında geniş məlumat vermişlər.

Yay məktəbindən sonra A.B. Rəhimov may ayının 25-dən 29-na kimi Finlandiyanın Helsinki şəhərindəki Helsinki Universitetində keçirilən Tətbiqi Tərs Məsələlər (Applied Inverse Problems Conference - AIP2015) beynəlxalq konfransında (www.aip2015.fips.fi) iştirak etmişdir. Tətbiqi Tərs Məsələlər konfransı bu sahə üzrə Tərs Məsələlər Beynəlxalq Assosiasiyası (Inverse Problems International Association - IPIA) tərəfindən təşkil olunan ilk silsilə elmi konfransdır və hər iki ildən bir keçirilir. Bu konfrans həmin silsilədən səkkizinci konfrans idi.

Konfrans iştirakçı sayına və iştirak edən alimlərin nüfuzuna görə tərs məsələlər sahəsində ən böyük konfrans hesab edilir. Belə ki, konfransa müxtəlif ölkələrdən 430 iştirakçı qatılmışdır. Konfrans müddətində 10 plenar məruzə, 332 mini-simfozium məruzəsi, 40 əlavə məruzə və 30 poster təqdim edilmişdir.

Rəhimov A.B. konfransda “Qeyri-lokal şərtlə verilmiş hiperbolik tənlik üçün bir əmsal-tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.

Növbəti doqquzuncu AIP 2017 konfransının Çin Respublikasının Hanco şəhərində keçirilməsi qərara alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.