Fotos
Şamaxı Astrofizika Rəsədxanasında Tələbələrarası I Astronomiya Yay Məktəbi kecirilib
İyn 05 , 2015 | 03:00 /
Oxunma ( 2735 )

AMEA Şamaxı Astrofizika Rəsədxanası, Qafqaz Universiteti, AzərKosmos və TUSİ -BOHM Planetariumun təşkilatçılığı ilə 29 may -1 iyun 2015 tarixləri arasında Pirqulu qəsəbəsi - Şamaxı Astrofizika Rəsədxanasında Tələbələrarası I Astronomiya Yay Məktəbi (TAYM-1) kecirilib. Ölkədaxili 8 universitetdən seçilən 40 tələbə üçün Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamları tərəfindən 6 təlim təşkil edilib. Bununla yanaşı proqrama bu müddət ərzində teleskopla müşahidələr, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiyalar daxil olub.

Şamaxı Rəsədxanasının Direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Əyyub Quliyev oz cixishinda qeyd edib ki, ilk dəfə keçirilen belə bir yay məktəbi tələbələrin fundamental elmlərə qarşı marağının artmasına, habelə Astronomiya elminin təbliğinə ciddi təkan verəcək. "İnanırıam ki, gözəl bir ən-ənənin təməli qoyulur və artıq gələn il keçiriləcək növbəti yay məktəbinin regional xarakter daşıyacağını və yaxın ölkələrdən həm tələbələrin, həm də təlim?ilərin dəvət ediləcəyini planlayırıq. Buraya gələn tələbələr çox istəklidir və elmə olan maraqları bizi sevindirir. Hesab edirəm ki, tələbələr arasında fundamental elmlərin təşviqi və onların bu səhələrə cəlb edilməsi Azərbaycan elmi üçün olduqca vacibdir. Bu kimi proqramlar məhz bu hədəfə xidmət edir”.

Qafqaz Universiteti, Mexanika Mühəndisliyi fakültəsinin 2- ci kurs tələbəsi və  eləcə də həmin universitetdə yeni açılmış Astroklubun rəhbəri Fərid İbrahimov təəssüratını belə bölüşür: İlk öncə Milli Elmlər Akademiyasının eləcə də Rəsədxana və  Qafqaz Universitetinin rəhbərliyinə və  digər təşkilatçılara çox təşəkkürümüzü bildiririk. Bu əslində son illər Azərbaycanda tələbə-gənclərə dövlətimiz tərəfindən göstərilən qayğı və dəstəyin əməli sübutudur. Bizə göstərilən bu etimadı doğrultmaq biz tələbərlərin borcudur. Belə bir layihənin baş tutmasında zəhmət çəkən hər kəsə minnətdarıq".

Qeyd edək ki, Tələbələr Rəsədxana ərazisində yerlərşən modern üslubda hazırlanmış olan qonaq evlərində  məskunlaşıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.