Fotos
AMEA BOTANİKA İNSTİTUTUNUN DOKTORANTI ALMANİYADA TƏCRÜBƏ KEÇİB
İyn 08 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3299 )

AMEA Botanika İnstitutunun doktorantı  Aynurə Cəfərova  17-30 may 2015-ci il tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində “Methods to evaluate enviromental impact of agriculture” mövzusunda keçirilən yay məktəbində iki həftəlik təlim keçib. İnstitutun Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, DAAD tərəfindən təşkil olunmuş kursda Albaniya, Azərbaycan, Kosovo və Gürcüstandan olan doktorantlar və magistrlar iştirak ediblər. Landşaft Ekologiyası və Landşaft Planlaşdırılması İnstitutunun (Almaniya) professoru Dr. Rainer Waldhardt və Torpaq Elmləri İnstitutunun (Almaniya) professoru Dr. Rolf Düringün kordinatorluğu ilə keçirilən  kursda  bitki örtüyü və landşaft ekologiyası, torpaq elmləri və ekotoksikologiya mövzuları üzrə mühazirələr, laboratoriya və çöl təcrübələri həyata keçirilib. Sonda iştirakçılara beynəlxalq sertifikat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.