Azərbaycan və Türkiyə gənc alimləri dendrologiya sahəsində əməkdaşlıq edəcəklər
İyn 08 , 2015 | 05:42 / Görüşlər
Oxunma ( 4542 )

04-06 iyun 2015-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitunun Gənc Alim və Mütəxəsislər Şurasının üzvləri Türkiyənin Pamukkale Universitetinin bir qrup gənc alimləri ilə görüş keçiriblər. Məqsəd Azərbaycan və Türkiyədən bu sahəyə aid olan gənc alimlər arasında əməkdaşlıq əlaqələri qurmaq, birgə elmi-tədqiqat işlərinin aparılması, müştərək məqalələrin yazılması və həmin məqalələrin yüksək resenziyalı xarici jurnallarda çap edilməsi olub.

Görüşdə çıxış edən Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov qeyd etmişdir ki, bu cür görüşlər hər iki qurumun gənc elmi tədqiqatçıları üçün gələcək perespektivlər vəd edir. Onun sözlərinə görə, gələcəkdə belə görüşlərin davamlı olması üçün videokonfransların keçirilməsi razılaşdırılmışdır.

Pamukkale Universitetinin gənc alimi biologiya üzrə fəlsəfə doktoru Mehmet Karaca da bu görüşün əhəmiyyətli olacağını və Azərbaycanlı gənc həmkarları ilə birgə işlərin aparılmasına böyük töhvə verəcəyini qeyd etmişdir.

Görüşdə vurğulanmışdır ki, Dendrologiya İnstitutu  ilə Pamukkale Universiteti arasında olan anlaşmaya əsasən gələcəkdə kadr hazırlığı üçün birgə işlər aparılacaq. Həmçinin, bu iki qurumun birgə təşkilatçılığı ilə Pamukkale Universitetində Botanik bağçanın yaradılması nəzərdə tutulub.

 
 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.