Fotos
Məktəblilərin ekskursiyası təşkil olunub
İyn 11 , 2015 | 04:00 / Görüşlər
Oxunma ( 3710 )

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya, Mikrobiologiya və Zologiya institutlarının Gənc Alim və Mütəxəssislər şuralarının birgə təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi rayonunun 83 saylı məktəb-liseyin şagirdlərinin Dendrologiya İnstitutunun bağına ekskursiyası təşkil olunub. Əsas məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi və onlarda biologiya elminə maraq oyatmaq olub. Şagirdlər bağda olan ağac və kol bitkiləri ilə yaxından tanış olublar və sualları yerli mütəxəssislər tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.