Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Makedoniyada konfransda iştirak edib
May 12 , 2015 | 06:49 / Mühüm hadisələr
Oxunma ( 3187 )

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d., dos. Eşqanə Akif qızı Babayeva 08-12 may 2015-ci il tarixində Makedoniyanın Skopye şəhərində keçirilən “XX Uluslararası Türk Kültürü” adlanan beynəlxalq elmi konfransda iştirak etmişdir.

Konfransda türk dünyasının bir çox yerindən və o cümlədən Azərbaycandan  nümayəndələr iştirak edirdi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunu bu konfransda Eşqanə Babayeva təmsil etmişdir.

Gənc alim Eşqanə Babayeva “XX əsrin əvvəlləri türk romanında dəyişən dünya və kültürəl dəyərlər” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində XX əsrdə Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında baş vermiş dəyişikliyə nəzər salaraq, xüsusən də nəsr sahəsində ədəbi təmayüllər, yeni tendensiyalar üzərində duraraq, bu hadisələrin türk romanında təzahürü məsələsini işıqlandırmışdır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.