Gənc alimin monoqrafiyası işıq üzü görüb
İyn 18 , 2015 | 07:00 / Elmi nəşrlər
Oxunma ( 3765 )

Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın yeni, “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu” adlı monoqrafiyası çapdan çıxıb. 

 

Bu, gənc şərqşünas alimin sayca 10-cu kitabıdır. “Şeyx Sənan” qissəsinin haradan qaynaqlandığını, bu qəhrəmanın prototipinin kim olması haqqında müxtəlif ölkələrin  bir çox ədəbiyyatşünasların araşdırmalarıbarədə məlumat verən  Ş.Abdullayeva yazılı ədəbiyyatda məlum olan əsərləri təhlil edir. O, bildirir ki, ilk olaraq  yazılı ədəbiyyatda “Şeyx Sənan” qissəsini XII-XIII əsrlərin ən tanınmış sufi şairlərindən olan  Şeyx Fəridəddin Əttar  qələmə alıb.

Alimin sözlərinə görə,  “Şeyx Sənan” mövzusu XIV-XX əsrlərdə Azərbaycan ədəbiyyatında geniş yayılan mövzulardan biri olub. Monoqrafiyanın müəllifi Üzeyir  bəy Hacıbəylinin “Şeyx Sənan” operasını, Hüseyn Cavidin  eyniadlı faciəsini, Mehti bəy Hacınskinin 1908-ci ildə “Каспiй” qəzetində dərc etdiyi əfsanəni  və digər əsərləri tənqidi dəyərləndirir, onların ideya-məzmun qayəsi haqqında dəyərli mülahizələr irəli sürür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.