Fotos
Botanik alimlər beynlxalq sərgidə iştirak ediblər
İyn 19 , 2015 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2673 )

  AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə və İnstitutun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. Vüqar Kərimov İsveçrənin Friburq Təbiət Tarixi Muzeyində (FTTM) keçirilən dünya relikt bitkilərinə həsr olunmuş sərginin inaqurasiyasında və elmi tədbirdə iştirak ediblər. İnstitutun Elmi informasiya və innovasiya şöbəsindən verilən məlumata görə, tədbirdə, həmçinin Avropanın müxtəlif elmi təşkilatlarında təhsillərini davam etdirən İnstitutun doktorantları E.Əlirzayeva və A.Dadaşova da qatılıblar.
AMEA Botanika İnstitutu və FTTM arasında bağlanmış müqaviləyə əsasən sərgidə Azərbaycanın relikt ağac növünün yayılma əraziləri, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr nümayiş olunub.
Bu mühüm tədbirdə Azərbaycan Respublikasının İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, İsveçrənin təhsil naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Müzakirələr zamanı alimlər elmi əməkdaşlığın genişləndirilməsini, ətraf mühitin mühafizəsi istiqamətində təbliğatın vacibliyini və bu yolda müasir texnologiyaların istifadə imkanlarının cəlb edilməsi zəruriliyini qeyd ediblər.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir


 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.