Fotos
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ AMEA BOTANİKA İNSTİTUTUNDA OLUBLAR
İyn 18 , 2015 | 04:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3374 )

Bakı Dövlət Universiteti Biologiya fakültəsinin Biofizika və Molekulyar biologiya kafedrasında təhsil alan III kurs tələbələri prof. Rövşən Xəlilovun rəhbərliyi altında AMEA-nın Botanika İnstitutunda olublar. Botanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüş zamanı tələbələrə İnstitutda aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verilib.
Tələbələr İnstitutun Botanika muzeyi, yeni infrastruktura malik zəngin Herbari kolleksiyası və laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.