Fotos
Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında tarix yazırlar
İyn 20 , 2015 | 02:00 / İdman yarışları
Oxunma ( 3704 )

Bu günə qədər Birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda Azərbaycann qazandığı medalların sayı 30-a çatıb. (http://az.baku2015.com/countries/country=aze/medals/medal-winners.html) Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 13 qızıl, 5 gümüş və 12 bürünc medal qazanaraq, ümumi siyahıda 2-ci yerdə qərarlaşıb. Rusiya idmançıları isə siyahıda birinci yerdədir.

Qeyd edək ki, bəzi idman növləri üzrə yarışlar artıq başa çatıb. Hmin yarışların bir çoxunda Azərbaycan ən yaxşı nəticələr sərgiləyib. Məsələn, Bakı 2015-in taekvondo üzrə ən yaxşı nəticələri ev yiyəsinə aiddir. Bu idman növü üzrə yarışlarda dörd gün ərzində 8 dəst medal öz sahibini tapıb.

Təqdiredici haldır ki, taekvondo üzrə ən yaxşı göstəricilər Azərbaycana aiddir. Belə ki, qeyri-rəsmi komanda hesabında Azərbaycan yığmasının 3 qızıl, 1 gümüş və 1 bürünc müdal qazanıb. Bu da mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticədir. Beləliklə, oyunların ev yiyəsi yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Bakı 2015-in ən yaxşısı adını əldə edib.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan həm təşkilatçı, həm də iştirakçı ölkə olaraq I Avropa Oyunlarına çox ciddi hazırlaşıb. Yarışlar yüksək səviyyədə keçirilir. Beynəlxalq ekspertlərin sözlərinə görə, bu yüksək səviyyəli təşkilatçılıq ilə Azərbaycan gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə ən real namizəddir. Bir halda bu oyunlara görə, gözəl mehmanxanalarımız, idman obyektlərimiz mövcuddur, nəqliyyat məsələləri yüksək səviyyədə həll edilib, mükəmməl infrastruktur yaradılıb, onda Azərbaycan 2024-cü ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyini irəli sürərık, buna nail olacaq. Bu böyük idman tədbirindən sonra Avropa Oyunları tarixində bu cür yüksək təşkilatçılıq çətin ki, olsun. Azərbaycan səviyyəni o qədər yüksəkdə saxladı ki, bu baxımdan daha ölkənimə heç bir ölkə çata bilməz. İdmançılarımız isə sərgilədiyi uğurlar, əldə etdiyi medallarla tarix yazmaqdadır. Bundan sonrakı yarışlarda da əldə edəcəyimiz medalların sayı artacağı şübhəsizdir. Hər bir ölkə vətəndaşı olaraq idmançılarımızla qürur duyuruq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.