AMEA-da doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə keçiriləcək
İyn 20 , 2015 | 02:00 /
Oxunma ( 9292 )

Azərbaycan Milli Elmlər Akademiyasında bundan sonra doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə aparılacaq. Bu barədə Akademiyadan məlumat verilib. Bildirilib ki, artıq bununla bağlı AMEA RH-nin Direktorlar Şurasının son iclasında qərar qəbul olunub. Hazırda imtahanların test üsulu ilə keçirilməsi üçün hazırlıq işləri aparılır. İlk test imtahanlarının payız aylarında keçirilməsi planlaşdırılır. İmtahan suallarının da AMEA tərəfindən hazırlanacağı gözlənilir. İmtahanın formatının necə olacağı isə hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, AMEA bu ildən doktoranturaya qəbul üçün qoyulan tələbləri artırıb. Bu ildən namizədlər ingilis dili biliklərinin qiymətləndirilməsi üçün TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

Hazırda doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən imtahan verirlər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.