Fotos
AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ ƏMƏKDAŞI İTALİYADA BEYNƏLXALQ TƏLİM KURSU KEÇİB
İyn 23 , 2015 | 03:00 /
Oxunma ( 3279 )
AMEA Mərkəzi Nəbatat Bağının "Bitkilərin Mühafizəsi və Monitorinqi" laboratoriyasının elmi işçisi Fərid Seyfullayev İtaliyanın San Vito Di Kadore şəhərində təşkil olunmuş: "Quantitative Wood Anatomy-From Sample to Data" mövzusunda keçirilən beynəlxalq treyninqdə təlim keçib. İnstitutun
Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, İtaliyanın Padova Universiteti və İsveçrənin WSL İnstitutları tərəfindən təşkil olunmuş təlimdə Almaniya, İtaliya, Fransa, Danimarka, Meksika, Argentina, Bolqarıstan, Çexiya, Sloveniyadan olan gənc tədqiqatçılar iştirak ediblər. Bir həftəlik təlim müddətində gənc tədqiqatçılara oduncağın anatomik xüsusiyyətlərini analiz etmək üçün nümunələrin emalı, rənglənməsi və daimi slaydların hazırlanması, analizlərin aparılması üçün bu slaydlardan yüksək keyfiyyətli şəkillərin alınması, ROXAS və ImageJ proqramlarından istifadə etməklə analizlərin aparılması mövzularında təqdimatlar və praktiki məşğələlər keçirilib.
Qeyd edək ki, F.Seyfullayev ötən il ERASMUS təqaüdünü qazanmış və hal-hazırda Almaniyanın Georg August Universitetində tədqiqat aparır. Yuxarıda sözügedən Beynəlxalq təlimdə iştirakı tədqiqat apardığı "Palynology and Climate Dynamics" departamenti tərəfindən maliyyələşdirilib. 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.