
İyn 24 , 2015 | 05:30 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Akademiya üzrə elektron elmin inkişafına dair fəaliyyət planı təsdiq edilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, planın icrasından irəli gələn məsələlərin həll edilməsi üçün AMEA İnformasiya Texnologiyaları İnstitutuna müvafiq tapşırıqlar verilib.
Tədbirdə digər qərarlarla AMEA-nın Geologiya və Geofizika İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun Elmi şuralarının tərkibində dəyişiklik edilib. Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi və elmi təşkilati fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə laboratoriya və şöbələrin yaradılmasını nəzərə alaraq, institutun yeni strukturu təsdiq edilib.
Arzu Məmmədxanlı AMEA-nın Humanitar Elmlər Bölməsinin, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi vəzifələrinə təyin ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.