ELAN
İyn 30 , 2015 | 12:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 4541 )

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət planına müvafiq olaraq 02.07.2015 tarixində saat 11:00-da "Gənc fizioloq" Elmi Seminarının növbəti iclası keçiriləcəkdir. İclasda 2 məruzə dinləniləcəkdir:
1. "Funksional sitokimya" laboratoriyasının kiçik elmi işçisi Vəfa Yunusovanın "Исследование морфологических показателей крови на фоне недостаточности витаминов в составе пищи" mövzusunda məruzəsi;
2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fiziologiya” kafedrasının dissertantı, baş müəllim Vüsalə Həsənovanın “Sinir toxumasında metabolizm proseslərinə etanolun təsiri” mövzusunda məruzəsi.
Mövzularla maraqlanan hər kəs dəvətlidir.
Ünvan: Şərifzadə küç., 2. II mərtəbə, akt zalı

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.