Alimlər üçün “TÜBA Akademiya Mükafatı” elan edilib
İyl 01 , 2015 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 5875 )

       Türkiyə Elmlər Akademiyası görkəmli alimlər üçün “TÜBA Akademiya Mükafatı”nı elan edir. Qurumun yaydığı məlumatda deyilir ki, hər il fundamental elmlər, mühəndislik, tibb, ictimai və humanitar elmlər olmaqla hər sahədən bir alim TÜBA Akademiya Mükafatı ilə təltif olunur.

        Mükafata namizədlər TÜBA üzvləri, TÜBA-nın əməkdaşlıq etdiyi akademiyalararası təşkilatlar və digər elmi institutlar tərəfindən verilir. TÜBA üzvləri və mükafatın seçilməsi prosesində iştirak edən alimlərin namizədliyi irəli sürülə bilməz.

         Hər kateqoriya üzrə namizədlər Mükafat Komitəsi tərəfindən qiymətləndirilir. Namizədlərin işləri TÜBA üzvləri və tanınmış alimlərdən ibarət komitələr tərəfindən ekspertlər cəlb edilərək ciddi təhlil olunur və mükafatın mümkün laureatı təyin edilir. Laureatlar TÜBA Akademiya Şurası tərəfindən elan edilir. Akademiya medalı və hər biri 30000 ABŞ dolları məbləğində pul mükafatından ibarət Akademiya Mükafatı xüsusi mərasimdə təqdim olunur.

      Cari ilin Akademiya Mükafatı üçün namizədlər 16 avqust 2015-ci il tarixinədək verilə bilər. Laureatlar noyabrın sonunadək elan ediləcək. Mükafatlandırılma mərasimi 2015-ci il dekabr ayının 1-ci yarısında baş tutacaq.

      Azərbaycan Milli Elmlər Akademiyası TÜBA Akademiya Mükafatının hər bir elmi istiqaməti üzrə orijinal və aparıcı işləri olan tanınmış alimin namizədliyini irəli sürməyə dəvət olunur. Bunun üçün namizədin tam CV forması və mükafata namizədliyini dəstəkləyən məktub tələb olunur.

      Namizədlər sənədlərini elektron poçt vasitəsilə academy.prizes@tuba.gov.tr və ya poçt vasitəsilə Piyade Sokak No: 27 06690 Çankaya-Ankara Türkiyə ünvanına göndərə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.