13 yaşlı azərbaycanlı məktəblinin ixtirası böyük marağa səbəb oldu
İyl 05 , 2015 | 01:00 /
Oxunma ( 4236 )
İnsan əli bir kağız kimi işığı ötürücü vasitəsi ilə robota göndərir, robotun ultrabənövşəyi şüaları işığı görür və insan əlinə ötürür, ultrabənövşəyi şüalar insan əlinə çatan kimi yenidən robotun ötürücüsünə qayıdır və o, həmin yerdə obyektin olduğnu müəyyən edir. 13 yaşlı İkram Qabiyevin ixtira etdiyi bu robot İnformatika Layihə Olimpiadasında təqdim ediləcək.
Lakin ixtiraçının əsas proekti hələ qarşıdadır. 9-cu sinif şagirdi müalicəsi çox vaxt mümkün olmayan beyin xərçənginin yeni müalicə üsulunu ixtira etməyə iddialıdır. İlk dəfə amerikalı alimin irəli sürdüyü bu üsul cəmiyyət tərəfindən birmənalı qarşılanmadığından, elə nəzəriyyə olaraq qalıb. Lakin 13 yaşlı ixtiraçı bu proekti davam etdirmək niyyətindədir.
Artıq o, yeni "ximera" adlı virusu ixtira etmək məqsədi ilə Bakı Dövlət Universitetinin müvafiq laboratoriyasından istifadə etmək üçün razılıq da alıb. İkram Qabiyev deyir ki, xərçəng xəstəliyinə aid kifayət qədər məlumat toplayıb. Onun sözlərinə görə, üzərində işlədiyi üsul xərçəng xəstəliyinə düçar olan hüceyrələrdə formalaşan maddəni məhv edəcək.
 İkram Qabiyev yeni ixtirasını ilin sonuna kimi tamamlamağı planlaşdırır. Gələcəkdə isə daha mürəkkəb bir proekt - kompüter və bəzi elektron cihazlarda istifadə edilə biləcək süni intellekt proekti üzərində çalışacaq.
 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.