İqtisadçı gənc alim Moskvada keçirilən gənclər üçün innovasiya konfransında iştirak edib
İyl 06 , 2015 | 10:00 / Mühüm hadisələr
İyl 06 , 2015 | 10:00 / Mühüm hadisələr
Oxunma ( 3305 )
İyun ayının 27-dən iyul ayının 3-nə kimi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən Skolkovo innovasiya mərkəzində, “Rossotrudniçestvo” və “Otkrıtıy universitet Skolkovo (ОтУС)” tərəfindən təşkil edilmiş “ОтУС yay məktəbi: Elm biznes kimi” adlı gənclər üçün innovasiya konfransı keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasını bu yay məktəbindəAMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əliyev Ramil Teyyub oğlu təmsil edib. Konfrans MDB gənc alimləri və mütəxəssisləri şurası üzvlərinin iştirakı çərcivəsində baş tutmuşdur.
Yay məktəbinin məqsədi “Skolkovo” İnnovasiya Mərkəzində (İM), eləcə də Rusiyanın və MDB-nin
ETİ-da və elmi mərkəzlərində innovasiyaların sistemləşdirilməsi və elmi tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması məqsədi ilə gənc alim əməkdaşlarından ibarət kadr potensialının formalaşdırılması, elm və innovasiyanın federal və regional idarəetmə orqanları ilə ”Skolkovo” İM və digər ETİ-nın qarşılıqlı əlaqənin yaradılması məqsədi ilə cənc alim və innovatorlardan ibarət işçi qrupunun formalaşdırılmasından ibarət olub. Yay məktəbinin proqramında elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması modelləri haqqında mühazirələr; idarəetmə vərdişlərinin inkişafı üzrə seminarların, “master-klass”ların, “təqdimat incəsənəti”nin, “beyin hücümları”nın keçirilməsi ; qrupların, oyunların, diskusiyaların iştirakçıları arasında kommunikasiya və əlaqələrin qurulması; TED roliklərinə, aktual elmi yeniliklərə dair kinolara baxış; innovasiya layihələrinin müdafiəsi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub və həyata keçirilib.
Növbəti mərhələlərdə “ОтУС Yay məktəbi”nin regional komandalarının iştirakçları öz regionlarında layihə işlərini davam etdirə, eləcə də, “Gənc alim və mütəxəssislər Cəmiyyəti” proqramı çərçivəsində Skolkovo Açıq Universitetinin və “Skolkovo” İM-nin dəstəyini ala biləcəyi vurğulanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.