AMEA Mərkəzi Nəbatat Bağı Avropa Azərbaycan Məktəbi ilə əməkdaşlıq edəcək
İyl 07 , 2015 | 01:00 /
Oxunma ( 7410 )

       AMEA Mərkəzi Nəbatat Bağı ilə Avropa Azərbaycan Məktəbi arasında elm və təhsil üzrə əməkdaşlıq haqqında müqavilə imzalanıb. İnstitutun Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, elm və təhsil arasında əlaqə prinsipinə uyğun olaraq İnstitutun alim və mütəxəssisləri ilə məktəbin müəllim-şagird heyəti arasında təhsilin yaxşılaşdırılmasına xidmət edən mümkün əlaqə və əməkdaşlıq genişləndiriləcək.
      Müqaviləyə əsasən şagirdlərdə botanika elminə marağın artırılması məqsədi ilə İnstitutun elmi fəaliyyətinin tanıdılması istiqamətində tədbirlərin keçirilməsi, elmi biliklərin və təhsilin səviyyəsini yüksəltmək üçün alimlərin təcrübəsindən yararlanması, beynəlxalq və respublika səviyyəli elmi konfrans və sərgilərin birgə təşkili, müəssisələr arasında qarşılıqlı əməkdaşlığa əsaslanan elmi tədqiqat işlərinin və müştərək layihələrin aparılması və s. maraq doğuran digər faliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.