
İyl 07 , 2015 | 02:00 / ELMİN TƏBLİĞİ
AMEA Botanika İnstitutu ilə Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Qurumun Elmi İnformasiya və İnnovasiya şöbəsinin məlumatına görə, Memoranduma əsasən Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin “Botanika” kafedrasının filiali yaradılacaq. Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədi ilə yaradılan filial BDU-nın tələbə, magistrant və doktorantlarında tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırlmasında böyük rol oynayacaq.
Əməkdaşlıq çərçivəsində botanika elmində olan yeniliklər və innovasiyaların tədris prossesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prossesinə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması həyata keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.