Gənc doktorant Almaniyada ezamiyyətdə olub
İyl 07 , 2015 | 03:00 /
Oxunma ( 5094 )

AMEA Botanika İnstitutunun doktorantı Aynurə Cəfərova 23 iyun-03 iyul 2015-ci il tarixlərində Leibniz-Institut für Pflanzengenetik und Kulturpflanzenforschung (IPK)-da (Gatersleben, Almanya) ezamiyyətdə olub. Elmi İnformasiya və İnnovasiya şöbəsinin məlumatında bildirilir ki, səfər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunnun dəstəyi ilə “Azərbaycanın ağır metallarla çirklənmiş torpaqlarının bərpasında yerli bitki növlərindən istifadənin tədqiqi” adlı qalib layihə çərçivəsində həyata keçirilib.
     A.Cəfərova ezamiyyət müddətində çöl təcrübələri və təcrübə sahələrindən laboratoriya analizləri üçün bitki nümunələrinin toplanması metodunu, torpağın müxtəlif dərinliklərinə verilən gübrələrin bitki qidalanmasına, bitkilərin mineral tərkibinə təsirini, fenotipini öyrənmək üçün istifadə edilən Hyperspectral İmaging avadanlığının iş prinsipini və  istifadə qaydalarını öyrənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.