Gənc zooloq Böyük Britaniyada beynəlxalq konfransda məruzə edib
İyl 07 , 2015 | 12:11 / Mühüm hadisələr
Oxunma ( 3058 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşı T.Qurbanova Böyük Britaniyanın Moredun Tədqiqat İnstitutu tərəfindən təşkil olunmuş “Ferma heyvanlarında apikomplekslər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İnstitutdan bildiriblər ki, konfransda gənc alimin “Azərbaycanın müxtəlif ekosistemlərində mal-qara və gəmiricilər arasında Cryptosporidium infeksiyasının dövriyyəsi” mövzusunda məruzəsi dinlənilib. T.Qurbanova konfrans çərçivəsində Eukariot Patogenlərin Məlumat Bazası Resursları Mərkəzinin elmi seminarlarında da iştirak edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.