Beynəlxalq Kimya olimpiyadası keçiriləcək
İyl 10 , 2015 | 04:30 / Elmi müsabiqələr
Oxunma ( 6049 )

“İyulun 21-dən başlayaraq ölkədə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək. Bu ümumtəhsil məktəblərinin yuxarı sinifləri arasında keçiriləcək bir tədbir olacaq”. Bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, tədbirə dünyanın bir çox ölkələrindən komandalar qatılacaq və həmin yarışlarda Azərbaycan komandası da iştirak edəcək: “Bu istiqamətdə son illərdə xüsusi təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva rəhbərlik edir. Həm təşkilatı, həm şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərindən biz böyük ümidlə və səbirsiliklə olimpiyadanın başlanmasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiyadalar çox istedadlı şagirdlərin aşkarlanmasına və bilik yarışlarında uğur qazanmaqla öz gələcək elmə və peşəkar karyeralarına qədəm qoymasına səbəb olacaq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.