Fotos
"Bu günün şagirdi, sabahın alimi" bir dəfəyə dünyaya səs salacaq iki ixtira edib
İyl 13 , 2015 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 2871 )

15 yaşlı Ziya Gözəlov hazırladığı dərman və "Firelon" proqramına görə "Sabahın Alimləri" adına layiq görülüb. "Atv.az"ın məlumatına görə, Firelon adlandırdığınız bu proqramın əsas mahiyyəti nədən ibarətdir?

Bu haqda o belə deyir: "Hesablamara görə dünyada hər 1 saatda 7 troyan yaradılır. Mənim hazırladığım proqram, kompyuterdə troyan növündə olan virusları taparaq silir. Bu skannerin əsas xüsusiyyəti 2 gündən bir yenilənməsidir.  Bu troyanlardan ən təhlükəliləri seçilərək skannerə əlavə olunur. Biz hər dəfə kompyuteri skan etdikdə troyanlar skanner tərəfindən tapılaraq yenidən başlatmadan maksimum 7-8 dəqiqə ərzində silinir".

Gənc mütəxəssis deyir ki,  “FIRELON” adlandırdığımız bu skanner VISUAL BASIC proqramlaşdırma dili ilə hazırlanıb: "Təkcə troyan virusları deyil , bir çox faylların tərkibində olan virusları bu skanner tərəfindən skan edərək silmək mümkündür. Proqramda daha bir əlavə xüsusiyyət istədiyimiz diski və MMC kartı fərdi bir şəkildə skan etməkdir".

O, həmçinin də, tibb və sağlamlıq üzrə təbii üsulla Firelon adlı dərman pereparatı da hazırlayıb. Onun sözlərinə görə: "Dəridəki ləkələr və sızanaqları aradan qaldıra bilən təbii üsulla meyvələrdən götürdüyüm maddələrlə dərman kəşf etdim və bu dərmanı "Firelon" adlandırdım. Yaxın günlərdə dərman patentləşdiriləcək". 

15 yaşlı ixtiraçı "Ixtiraçılığın əsasları və patentləşdirmə" mövzusunda iştirakına görə ADIU tərəfindən sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.