AMEA doktorant və disertantlar üçün xarici dil üzrə güzəştli kurslar təşkil edir
İyl 21 , 2015 | 11:00 /
Oxunma ( 5565 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoront və dissertantlara müraciət edib. AMEA prezidentinin  9 iyun 2015-ci il tarixli sərəncamının icrası ilə əlaqədar “GRBS” Beynəlxalq İmtahan Mərkəzi və “Beynəlxalq Dil Mərkəzi” ilə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək üçün müqavilə bağlanıb. Doktoranturaya qəbul və doktorluq imtahanlarına görə ödəniş AMEA-nın Rəyasət Heyəti tərəfindən həyata keçiriləcək.  Sözügedən dil mərkəzləri imtahan qəbul etməklə yanaşı, AMEA-nın doktorant və dissertantları üçün güzəştli şərtlərlə hazırlıq kursları da təşkil edir. Hazırlıq keçmək istəyən doktorant və dissertantlar aşağıdakı ünvanlara müraciət edə bilərlər.

 

İngilis dilindən IELTS və TOEFL proqramları üzrə “GRBS” Beynəlxalq İmtahan Mərkəzi  Bakı ş,.Səməd Vurğun küç., 77 ( Zabitlər Parkında)  Telefon: (+994 12) 5051051  Mobil: (+994 50) 8541522  Faks: (+994 12) 5051061  E-mail: mail@grbs.com   Əlaqələndirici şəxs: Elmar Səlimov

Alman və fransız dilləri  üzrə   “Beynəlxalq Dil Mərkəzi”  Bakı ş.,Cəfər Cabbarlı küç.,  29 Telefon: (+994 12) 5958261 Mobil:(+994 50) 6886303   Faks: (+994 12) 5958261 E-mail: info@bdm.az   Əlaqələndirici şəxs: İnarə Əliyeva

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.