Fotos
Gənc tədqiqatçılar üçün “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum keçiriləcəkdir
Sen 30 , 2015 | 04:55 / Mühüm hadisələr
Oxunma ( 16966 )

Hörmətli həmkarlar!

Azərbaycan Milli Elmlər Akademiyası 2-4 noyabr 2015-ci il tarixlərində AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumunu keçirdir. 

Forum, respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrinin, müvafiq nazirliklərin, elmin inkişafina dəstək verən fondların, sahibkarlıq  və media subyektlərini bir araya gətirilməsini hədəfləyir.

Forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi aktuallıq daşıyan multidissplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin aparılması və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin edən konfransın təşkili də nəzərdə tutulur.

Elmi Təşkilat Komitənin adından Akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini  forumda iştirak etməyə dəvət edirik.

2015-ci ilin noyabr ayında sizinlə görüşmək arzusu ilə...

Burdan yüklə

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.