BMT-nin FAO təşkilatının qiymətləndirmə misiyası Genetik Ehtiyatlar İnstitutunun imkanları ilə tanış olub
İyl 22 , 2015 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 3412 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qiymətləndirmə missiyası üzrə mütəxəssisləri Dr. Bultemier Bernd və Dr. İzabel Lapenanı qəbul etmişdir.  Görüş zamanı Z.Əkpərov GEİ-nin tarixi və şöbələri, bitki genetik ehtiyatlarının ex-situ və in-situ saxlanması sahəsində görülən işlər, yeni yaradılmış laboratoriyalar  haqqında ətraflı məlumat vermiş, genetik ehtiyatlar sahəsində son dövrlər qəbul edilmiş qanunlar  və dövlət dəstəyi haqqında söhbət açmışdır. Sonra FAO ilə institut arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Qiymətləndirmə missiyasının məqsədi FAO-nun genetik ehtiyatlar sahəsində apardığı işin üzv ölkələrdə genetik ehtiyatların qorunması və davamlı istifadəsinə verdiyi töhfənin qiymətləndirilməsi, həmçinin iqtisadi, sosial və hüquqi məsələlərin FAO-nun mövcud proqramına yönəldilməsidir. Daha sonra qonaqlar İnstitutun struktur vahidi olan Milli Genbank və Biotexnologiya şöbəsinin imkanları ilə də tanış olmuş, burada yaradılmış tədqiqat şəraitindən və institutun kadr potensialından məmnun qaldıqlarını bildirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.