Fotos
Gənc alimlər İstanbul Texnik Universitetində elmi ezamiyyətdədirlər
İyl 28 , 2015 | 06:00 /
Oxunma ( 3133 )

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutun gənc alimləri kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev və Emin Qəribov 25-29 iyul 2015-ci il tarixlərində İstanbul Texnik Universitetində elmi ezamiyyətdə olublar. Məqsəd Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu İnstitutun elm və texnologiya təşviqi sahəsində müştərək tədqiqatlar aparmaqdan ibarətdir.

Bu müddətdə gənc tədqiqatçılar Universitetin kimya bölüm başkanı prof.Dr. Gürkan Hızal və başkan yardımçısı prof. Dr. Nurcan Tüzünün rəhbərliyi ilə ümumi, fiziki və üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşlar. Sonrakı mərhələdə artıq ortaq elmi layihələr gerçəkləşdirmək nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, bu ezamiyyət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun kimya elmləri sahəsi üzrə 2014-cü il üçün elan edilmiş müsabiqəsinin qalibi olmuş “Multidissiplinar tətbiq sahələrinə malik aktiv antioksidant maddələrin alınması, tədqiqi yollarının elmi əsaslarının işlənib hazırlanması” layihəsi çərçivəsində həyata keçirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.