XXVII Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri iştirak edib
Avg 04 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3250 )

26 iyul - 2 avqust tarixlərində Qazaxıstanın Almatı şəhərində şagirdlər arasında XXVII Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçirilib. Olimpiadanın təşkilatçıları Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi, “Darın” Respublika Elmi-praktik Mərkəzi və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti olub.

Olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər. Milli komandaya Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə və AR Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov rəhbərlik edib. Komandanın tərkibində 4 məktəbli - Elgün Cəbrayılzadə, Kamal Eyyubov, Rüstəm Ağayev və Şərif Əfəndi iştirak edib.

Qeyd edək ki, İnformatika üzrə Beynəlxalq Olimpiada 1989-cu ildən başlayaraq hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan məktəbliləri Olimpiadada 1994-cü ildən iştirak edirlər. 2019-cu ildə BİO-nun Azərbaycanda keçiriləcəyi qərara alınıb.

Növbəti BİO 2016-cı ildə ilk dəfə olaraq Rusiya Federasiyasında keçiriləcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.