Almaniyalı alim insanı qaranlıqda tanıyan güzgü ixtira edib
Avg 05 , 2015 | 02:00 /
Oxunma ( 3014 )

Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri qaranlıq şəraitdə insan simasını  tanıyan  qurğu ixtira ediblər.

Modern.az scientific.com elmi portalına istinadən xəbər verir ki, qurğu insanın üz cizgilərini infra-qırmızı spektrdə təsvir edir.  Bu texnologiya sifətləri yalnız pis işıqlandırma şəraitində deyil, həmçinin tam qaranlıqda da aydınlada bilir.

Bu kəşf bir sıra cinayətlərin qarşısını almaq və cinayətkarları yaxalamaq məqsədilə həyata keçirilib.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.