Fotos
Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Atatürk Universiteti alimləri ilə müştərək tədqiqatlar aparacaqlar
Avg 06 , 2015 | 10:00 /
Oxunma ( 3068 )

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Atatürk Universiteti ilə əməkdaşlıq edəcək. Belə ki, İnstitutun gənc alimləri adıçıkilən Universitetin Fen fakültəsi Kimya bölümü əməkdaşları ilə müştərək elmi tədqiqatlar aparacaqlar. Bu razılıq AKİ-nin gənc alimləri, kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev və Emin Qəribovun 29 iyul – 02 avqust 2015-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində elmi ezamiyyətdə olarkən əldə olunub. Elimi ezamiyyətin əsas məqsədi də məhz Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu İnstitutun elm və texnologiya təşviqi sahəsində müştərək tədqiqatlar aparmaqdan ibarət olub.

Bu müddətdə gənc tədqiqatçılar Prof. Dr. İlhami Gülçinin rəhbərliyi ilə Universitetin Fen fakültəsi Kimya bölümünə aid bioloji kimya, üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşlar, xüsusən, bioloji kimya fundamental tədqiqat sahəsi üzrə aparılan elmi araşdırmaları yaxından izləmişlər. Sonrakı mərhələdə ortaq elmi layihələr həyata keçirmək ətrafında fikir mübadiləsi aparılıb. Əldə olunan razılığı görə AKİ-nin “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında sintez olunan fizioloji fəal maddələr Atatürk Universitetinə göndəriləcək. Orada həmin maddələrin fərqli metodlarla antioksidant, eyni zamanda karbonik anhidraz I ve II izoenzimləri üzərində inhibitor xassələri öyrəniləcək.

Məlumat üçün qeyd edək ki, bu ezamiyyət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun kimya elmləri sahəsi üzrə 2014-cü il üçün elan edilmiş müsabiqəsinin qalibi olmuş “Multidissiplinar tətbiq sahələrinə malik aktiv antioksidant maddələrin alınması, tədqiqi yollarının elmi əsaslarının işlənib hazırlanması” layihəsi çərçivəsində həyata keçirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir  

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.