AMEA-nın gənc alimlərdən ibarət nümayəndə heyəti Dünya Elm Konfransında iştirak edəcəklər
Avg 06 , 2015 | 11:21 / Mühüm hadisələr
Oxunma ( 3038 )

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev avqustun 14-də İsrailə səfər edəcək.

10 gün davam edəcək səfərin məqsədi İsrailin Yerusəlim şəhərində keçiriləcək Word Science Conference-Israel (WSCI) Dünya Elm Konfransında AMEA-nın gənc alimlərdən ibarət nümayəndə heyətinə elmi cəhətdən rəhbərlik etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.