
Avg 08 , 2015 | 12:00 / ELMİN TƏBLİĞİ
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri – Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyə Yigitoğlı, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova və Akad.Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev AzTV-nin “Səhər” proqramının qonağı oldular. Əsas müzakirə fondlar tərəfindən gənc alimlərin elmi layihələrinin qrant müsabiqələri yolu ilə maliyələşdirilməsi mövzusuna həsr olunub. Proqrama qatılan hər bir gənc alim təmsil etdiyi elmi sahə üzrə qalib olduğu layihələrdə əldə olunan nailiyyətlər, gələcək perspektivlər barəsində geniş məlumat verdilər. Eyni zamanda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının həyata keçirdiyi qeyri-ənənəvi layihələrdən söz açan qonaqlar AMEA-nın 70 illiyinə həsr olunan noyabrın 2-4 tarixlərində keçiriləcək “Akademik Elm həftəliyi - 2015” beynəlxalq Forumun gənc alimlərin müxtəlif fond rəhbərləri, sahibkarlarla bir araya gətirəcək möhtəbər tədbir kimi əhəmiyyəti vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir