Alimlər iddia edir ki, kitab oxumaq insanı 5 günə dəyişir
Avg 12 , 2015 | 05:00 /
Oxunma ( 3180 )

Nevroloq alimlər kitab mütaliəsinin insana bioloji təsiri ilə bağlı yeni araşdırmalar aparıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nevroloqlar zəngin süjet xəttinə sahib qurğu romanlarının, eləcə də digər ədəbiyyatların beş gün ərzində beyin hüceyrələrini dəyişmək gücündə olduğunu sübut ediblər.

Nevroloq alimlərdən ibarət tədqiqat qrupu bir neçə gənc üzərində ekperiment aparıblar. Belə ki, kitab oxumazdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirəndən sonra qabaqcadan müəyyən edilən mürəkkəb bir roman gənclərə təqdim olunur. Beş gündən sonra isə həmin sınaqdakı gənclər kitab mütaliəsini bitirirlər. O zaman beynin həm sağ, həm də sol yarımkürəsində dəyişiklik müşahidə olunur. Hüceyrələrin canlılığı artır və həssaslıqla yanaşı, mühakimə yürüdə bilmə mexanizmi də sürətlənir. <p">Sınaqlara nəzarət edən alimin fikrincə, özünü roman qəhrəmanının yerinə qoyduqda bioloji dəyişikliklər daha sürətlə həyata keçir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.