Avg 17 , 2015 | 02:00 / Mühüm hadisələr
2015 ci il avqust ayının 14-də Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Lahiyə çərçivəsində Konsepsiyada əks olunan məsələlər barədə maraqlı diskussiyalar aparılmışdır. Tədbiri giriş sözü ilə “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası layihəsinin rəhbəri - Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun gənc mütəxəssisi Rəşad Əmrahov açdı. Natiq, ilk öncə gənclərin təşəbbüslərini daim dəstəkləyən ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. O, həmçinin Konsepsiyanın qəbul olunma tarixi, hansı sahələri əhatə etməsi barədə geniş məlumat verdi.
Daha sonra “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əks olunan prioritet məsələlər barədə video-çarx nümayiş olundu.
Video-çarxın nümayişindən sonra fəal gənclərin təqdimatında Konsepsiyada qarşıya qoyulan prioritet istiqamətlər üzrə diskusiyyalar aparıldı. Gənclər arasında Müasir İqtisad Məktəbi layihəsinin iştirakçılarından olan Həsən İsayev, Səbinə İsgəndərova və Xəlil Babayev, eləcə də, ASAN Xidmət Könüllülərindən Kamran Məmmədov, Könül Ağasənli və Nahid Qasımov xüsusilə fərqləndilər. Azərbaycanda qiymətli kagızlar bazarı, xidmət sektoru, ekoloji maarifləndirmə, yüngün sənaye və yeyinti sahəsində maraqlı fikir mübadiləsi aparıldı.
Tədbirdə qonaq qismində iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Leyla Kərimova və Rauf Həsənov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə layihə rəhbərinə və iştirakçılarına uğurlar arzuladılar.
Tədbirin sonunda layihədə iştirak edən gənclər xatirə şəkli çəkdirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir